Elçin Behbudov polis idarə və bölmələrinin müvəqqəti saxlama yerlərində monitorinq keçirib

Elçin Behbudov polis idarə və bölmələrinin müvəqqəti saxlama yerlərində monitorinq keçirib
# 18 avqust 2015 16:53 (UTC +04:00)

Elçin Behbudovun APA-ya verdiyi məlumata görə, monitorinqi keçirməkdə məqsəd təqsirləndirilən şəxslərin saxlanma şəraitini öyrənməkdən ibarət olub. Bundan başqa, onlar müvəqqəti saxlanılanların qidalanması, qəbul etdikləri dərman preparatlarının keyfiyyəti ilə də maraqlanıblar.

E. Behbudov deyib ki, Xəzər, Suraxanı rayon polis idarələrinin müvəqqəti saxlama yerlərində saxlanan şəxslərin hər hansı şikayəti olmayıb: “Ümumiyyətlə, saxlanılanların hamısı qanuni əsaslarla saxlanılıb. Biz Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsində də olduq. Burada 3 saata qədər saxlama yerinə baxış keçirdik. Saxlanılan yox idi və təmir gedirdi. Daha sonra biz Nəqliyyatda Baş Polis İdarəsinin Hava nəqliyyatında polis idarəsində olduq. Oranın da 3 saatlıq saxlama yeri var. Orda da saxlanılan yox idi. Doğrudur, xırda nöqsanlar qeydə aldıq. Onları açıqlamağa ehtiyac görmürəm. Amma idarənin rəislərinə bildirdim ki, həmin nöqsanları aradan qaldırmaq lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR