Ermənistanın “Eurovision-2015” müsabiqəsinə təqdim etdiyi mahnının adı dəyişdirilib

Ermənistanın “Eurovision-2015” müsabiqəsinə təqdim etdiyi mahnının adı dəyişdirilib
# 17 mart 2015 11:42 (UTC +04:00)

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, mahnı “Face The Shadow” (“Kölgə ilə üzləş”) adlandırılıb.

Qərar iştirakçı ölkələrin nümayəndə heyətlərinin görüşündə qəbul edilib.

Təşkilat komitəsi mahnının adını dəyişildikdən sonra Ermənistanın iştirakını təsdiqləyib.

Erməni tərəfi mahnının adının dəyişdirilməsini mahnının siyasi motivli olması barədə yayılan məlumatlara son qoymaq üçün etdiyini açıqlayıb.

Görüşdə qeyd olunub ki, “Eurovision” mahnı müsabiqəsi bütün siyasi motivləri rədd edir, sülh, tolerantlıq və dözümlülük məqsədi daşıyır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR