Paşha Bank
Bank Of Baku

Tərtərdə maşının elektrik dirəyinə çırpılması nəticəsində iki kənd işıqsız qalıb

Tərtərdə maşının elektrik dirəyinə çırpılması nəticəsində iki kənd işıqsız qalıb
# 15 yanvar 2022 22:57 (UTC +04:00)

Tərtərin Xoruzlu kəndi yaxınlığında baş verən yol qəzası səbəbindən rayonun iki kəndinə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hazırda rayonun Xoruzlu və Kəbirli kəndində ümumilikdə 600-dən çox evdə işıq yanmır.

Qeyd edək ki, qəza zamanı avtomaşın hər iki kəndə gələn yüksək gərginlikli elektrik xəttini zədələməsi kəndə işığın verilməsinə mane olub.

Aidiyyəti qurumlar problemin aradan qaldırılması istiqamətində işləyir.

Elgün Gəncimsoy

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR