Lavrov və Tillerson ABŞ-ın Suriyaya raket zərbəsini müzakirə ediblər

Lavrov və Tillerson ABŞ-ın Suriyaya raket zərbəsini müzakirə ediblər
# 09 aprel 2017 04:55 (UTC +04:00)

Rusiya XİN rəhbəri Sergey Lavrov ABŞ-ın dövlət katibi Reks Tillersonla Amerikanın Suriyadakı hərbi bazaya endirdiyi raket zərbəsini müzakirə edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-nin məlumatında bildirilir. Lavrov qeyd edib ki, ABŞ-ın hərəkətləri ekstremistlərin xeyrinədir, “ABŞ öz hərəkətləri ilə regional və qlobal təhlükəsizliyə əlavə təhlükə yaradır”.

“XİN rəhbərləri Suriya nizamlanmasına dair məsələlərin müzakirəsini təkbətək görüşdə davam etdirilməsinə dair razılığa gəliblər”, - deyə məlumatda bildirilir.

Lavrov kimyəvi silahdan istifadəyə dair Suriyanın ünvanına səsləndirilən ittihamları rədd edərək insidenti hərtərəfli, obyektiv və peşəkar səviyyədə araşdırmağa çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR