Bakıda axtarışda olan şəxslər həbs edilib

Bakıda axtarışda olan şəxslər həbs edilib
# 11 dekabr 2014 08:40 (UTC +04:00)

Bakı. Fuad Cəfərov -APA. Bakıda axtarışda olan şəxslər tutulub.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin, Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin, Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 36-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, müvafiq olaraq, Cinayət Məcəlləsinin (CM) 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan, 1967-ci il təvəllüdlü Rafiq Əliyev, CM-nin 306-cı (məhkəmə hökmünü icra etməmə) maddəsi ilə axtarışda olan 1979-cu il təvəllüdlü Bəxtiyar Şahməmmədov, CM-nin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan 1987-ci il təvəllüdlü Xalid Kərimov, CM-nin 185-ci (talama) maddəsi ilə axtarışda olan 1972-ci il təvəllüdlü Rasim Rzayev, CM-nin 221-ci (xuliqanlıq) maddəsi ilə axtarışda olan 1986-cı təvəllüdlü Rüstəm Zadayev tutulub.

Suraxanı Rayon Polis İdarəsinin, Xətai Rayon Polis İdarəsinin, Xəzər Rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbələrinin əməkdaşları tərəfindən borclu kimi axtarışda olanlar, müvafiq olaraq, 1985-ci il təvəllüdlü Vüsal Əliyev, 1975-ci il təvəllüdlü Aqil Əhmədov, 1983-cü il təvəllüdlü Alim Nəsirov, 1979-cu il təvəllüdlü Aqşin Abdullayev tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR