“Samsung” GALAXY Note 4 və GALAXY Alpha modellərinin ilk satış günündə mağazalara güclü müştəri axını müşahidə olunub®

“Samsung” GALAXY Note 4 və GALAXY Alpha modellərinin ilk satış günündə mağazalara güclü müştəri axını müşahidə olunub<font color=red>® </font>
# 27 oktyabr 2014 10:49 (UTC +04:00)

Bakı - APA-Economics. Oktyabr ayının 10-da “Samsung Electronics” şirkəti 5.7 düym ekranlı Galaxy Note 4 və 4.7 düym ekranlı Galaxy Alpha-nı 28 May küçəsində yerləşən “Brend” mağazasında təqdim edib. Bu təqdimatla “Samsung” həm də satış gününə və öncədən sifariş üçün iki həftəlik geriyə sayımı başlatmış olub.

Bu iki həftə ərzində “Samsung”un yeni flaqmanlarının həyəcan dalğası ölkəni bürüyüb. Galaxy Note 4 və Galaxy Alpha ilə şirkət alıcılara müvafiq olaraq funksional dəblə dəbli funksionallıq arasında seçim etməyi təklif edir. Alıcılar eyni zamanda onlayn olaraq üç partnyor platformada və şirkətin rəsmi facebook səhifəsində (facebook.com/samsungazerbaijan), həmçinin alış veriş mərkəzlərindəki xüsusi zonalarda öncədən sifarişi həyata keçirə bilib. Bütün bu prosesin kulminasiya nöqtəsi isə satışa saatlar qala Fəvvarələr meydanındakı nəhəng monitorda geriyə sayımın və sifariş şərtlərinin yayımı olub.

Artıq ilk gün daxil olmuş yüzlərlə sifarişlər satışın başlayacağı günün gərginliyi haqda xəbər verib. Smartfonların satışa çıxacağı mağazalar 24 oktyabr üçün xüsusi hazırlıq rejiminə keçmiş və müştəri axınını qarşılaya bilmək üçün optimallaşdırılıb. Bu məsələnin öhdəsindən mağazalar kifayət qədər uğurlu gəldi və də bütün alıcılar telefonlarını və aldıqları hədiyyə kuponu qarşılığında aksesuarları rahatlıqla əldə ediblər.

Artıq ölkəmizdə də “Samsung” sevərlər Galaxy Note 4 – ün yeni geniş “selfie”, təkmilləşdirilmiş S Pen, 16 meqapiksellik maksimal imkanlı kamera və cəmi yarım saata 50% dolan gücləndirilmiş batareya və dəbli dizaynını, həmçinin Galaxy Alpha-nın nazik dizaynlı, kompakt ölçülü, metal çərçivəli və xoş teksturalı korpusunu qiymətləndirə biləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR