Türkiyə Sahil Təhlükəsizlik Qüvvələrinin komandanı Azərbaycana gələcək

Türkiyə Sahil Təhlükəsizlik Qüvvələrinin komandanı Azərbaycana gələcək
# 09 oktyabr 2014 08:43 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Türkiyə Sahil Təhlükəsizlik Qüvvələrinin komandanı, vitse-admiral Hakan Üstemin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 13-də Bakıya gələcək. APA-nın məlumatına görə, üç gün davam edəcək səfər çərçivəsində vitse-admiral H.Üstem Dövlət Sərhəd Xidmətində görüşlər keçirəcək, habelə DSX Sahil Mühafizəsinin imkanları ilə tanış olacaq.

Qeyd edək ki, vitse-admiral H.Üstem bu ilin avqust ayında Türkiyə Sahil Təhlükəsizlik komandanı vəzifəsinə təyin olunub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR