Nazir: “Ukrayna iflasa uğrayıb”

Nazir: “Ukrayna iflasa uğrayıb”
# 11 dekabr 2014 09:57 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Ukrayna iflasa uğrayıb.

APA-Economics” “Praym” agentliyinə istinadən xəbər verir ki, bunu Ukraynanın iqtisadi inkişaf və ticarət naziri Ayvaras Abromaviçus deyib.

“Ümumilikdə dövlət iflasa doğru gedir. Buna görə də, bizdən rəsmi olmayan, amma təsirli stimullaşdırıcı proqram hazırlamağı gözləmək real deyil. Məhz bu səbəbdən biznesə mane olmaq lazım deyil, biznes özü çıxış yolu tapacaq”, - deyə nazir bildirib.

Bununla yanaşı, o qeyd edib ki, iki il ərzində Ukrayna “Doing Business” hesabatında TOP-50-də qalacaq.

Yeri gəlmişkən, Beynəlxalq Valyuta Fondu Ukraynaya defoltun qarşısını almaq üçün 15 mlrd. dollar lazımdır.

A. Abromaviçus isə hesab edir ki, BVF defoltun qarşını almaq üçün Ukraynaya ən azı 17 mlrd. dollar ayırmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR