Saatlı və Sabirabadda qətl törədən şəxs yaxalanıb - YENİLƏNİB

Saatlı və Sabirabadda qətl törədən şəxs yaxalanıb - <span style="color: red;">YENİLƏNİB
# 12 may 2018 10:40 (UTC +04:00)

Saatlı və Sabirabad rayonlarında qətl törədən şəxs yaxalanıb.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, Saatlıda Sabirabad sakini, 1976-cı il təvəllüdlü Yaqubov Kamran Etimad oğlunu, Sabirabadda isə rayon sakini, 1972-ci il təvəllüdlü Sadıqov Teymur Əlihüseyn oğlunu bıçaqlayaraq öldürən şəxsin Sabirabad sakini, 1976-cı il təvəllüdlü Əliyev Firqət Əliabbas oğlu olduğu müəyyənləşdirilib. Həyata keçirilən tədbirlər nəticəsində 1976-cı il təvəllüdlü D. Əliyev saxlanılıb.

F. Əliyev hər iki şəxsi arxadan çox saylı bıçaq zərbələri ilə qətlə yetirib.

K. Yaqubov Saatlı rayonu Sarıcalar dəmiryol stansiyasında, T. Sadıqov isə Sabirabad Pambıq Emalı Zavodunda mühafizəçi işləyiblər. Öldürülən şəxslər və qətli törədən şəxs qonşu olublar, onların qohumluq əlaqələri var. Hadisənin hələlik hansı səbəbdən törədildiyi məlum deyil.

Meyitlər müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabirabad şöbəsinə aparılıb.

Hadisə ilə Saatlı və Sabirabad rayon prokurorluqlarında cinayət işi açılıb, araşdırma aparılır.

***

Saat 11:48

Saatlı və Sabirabad rayonlarında bıçaqlanma nəticəsində iki nəfər öldürülüb.

APA-nın Şirvan bürosunun məlumatına görə, Saatlı rayonunun Sarıcalar kəndində, dəmir yolu stansiyası ərazisində Yaqubov Kamran Etimad oğlu bıçaqla qətlə yetirilib.

Sabirabad rayon sakini, 1971-ci il təvəllüdlü Sadıqov Teymur Əlihüseyn oğlu da bıçaqlanaraq öldürülüb.

Fakt üzrə rayon prokurorluqları tərəfindən cinayət işi açılıb, təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR