Qubada ikimərtəbəli ev yanıb

Qubada ikimərtəbəli ev yanıb
# 08 oktyabr 2017 18:39 (UTC +04:00)

Qubada yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Quba rayonu, Yelenovka kəndində ümumi sahəsi 96 m2 olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları 70 m2 sahədə və 1-ci mərtəbəsinə yığılmış 600 kq ot bağlaması yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR