Azərbaycan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) mükəmməl şəkildə həyata keçirəcək.
"APA-Economics"in verdiyi xəbərə görə, bunu Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Bakı Enerji Forumunda çıxışı zamanı ADNOC şirkətinin (BƏƏ) daxili, mədəniyyət və dəyişiklik kommunikasiyaları üzrə vitse-prezidenti Əli Əl Sayeq bildirib.
Onun sözlərinə görə, ötən il BƏƏ COP28-ə uğurla ev sahibliyi edib və qeyd olunan tədbir ölkədə enerji keçidi ilə bağlı tədrisin aparılmasına müsbət təsir göstərib.
"Mən bilirəm ki, Azərbaycan COP29-a mükəmməl şəkildə ev sahibliyini həyata keçirəcək", - o bildirib.