İran Azərbaycandan Qətərə kənd təsərrüfatı mallarının daşınması ilə bağlı hər bir yük maşınından alınan 600 dollar rüsumu ləğv edib.
APA-nın məlumatına görə, bunu Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini İbrahim Əliyev bildirib.
İ. Əliyev deyib ki, Azərbaycan Qətər dövlətinə əsasən kənd təsərrüfatı məhsulları ixrac edir: "Bu yük daşımaları daha çox İran üzərindən həyata keçirilir. Bundan əvvəl Qətərə yük daşımaları ilə bağlı bir yük avtomobili üçün İran tərəfi 600 dollar rüsum alırdı və bu da yükdaşıyıcılar üçün məqbul deyildi. İran və Azərbaycan arasında bu sahədə komissiyanın son iclasında bu rüsumun ləğv olunması barədə qərar qəbul edildi".
İran Azərbaycandan Qətərə kənd təsərrüfatı malları daşıyan yük avtomobilləri üçün rüsumu ləğv edib
25 iyul 2018 11:20 (UTC +04:00)
Aqrar-sənaye kompleksi
Azərbaycanda kənd təsərrüfatı istehsalı 1% artıb
16:45
13 sentyabr 2024
Azərbaycan və Rusiya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq müzakirə edilib
12:57
13 sentyabr 2024
Doğma çay hər kəsi “Məktəbə qayıdış” festivalına dəvət edir
14:57
11 sentyabr 2024
HP: Dövlətin maliyyələşdirdiyi 5,1 mln. manatlıq damazlıq heyvan təsərrüfatlarda mövcud deyil
13:16
6 sentyabr 2024