I rübdə Ukraynaya nəql edilən Azərbaycan neftinin həcmi açıqlanıb

I rübdə Ukraynaya nəql edilən Azərbaycan neftinin həcmi açıqlanıb
# 03 aprel 2018 12:32 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Ukraynada “Odessa-Kremençuq” boru kəməri ilə 170,45 min ton Azərbaycan nefti nəql edilib.

APA-Economics” “Enkorr” nəşrinə istinadən xəbər verir ki, bu barədə “Ukrtransnafta” neft nəqli sistemi operatorunun məlumatında deyilir.

Məlumata görə, ümumilikdə bu müddət ərzində Kremençuq neft emalı zavodu istiqamətində nəqlin həcmi 2017-ci ilin analoji dövrü ilə müqayisədə 36% artaraq 501,6 min ton təşkil edib.

Ümumilikdə isə 2018-ci ilin birinci rübündə Ukrayna neft nəqli sistemindən neft tranziti ötən ilin analoji dövrü ilə müqayisədə 7,6% azalaraq 3,225 mln. tona çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR