Qubad İbadoğlu: “Müsavat başqanı seçilsəm, QHT sektorunda fəaliyyətimi dayandıracağam”

Qubad İbadoğlu: “Müsavat başqanı seçilsəm, QHT sektorunda fəaliyyətimi dayandıracağam”
# 15 avqust 2014 10:46 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu – APA. “Müsavat başqanı seçiləcəyim halda QHT sektorunda fəaliyyətimə son qoyacağam”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Divan üzvü, İctimai Təşəbbüslər Mərkəzinin rəhbəri Qubad İbadoğlu deyib.

Q. İbadoğlu bildirib ki, avqustun 18-də partiyanın Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin toplantısı keçiriləcək və qurultayla bağlı yekun qərar veriləcək: “Təşkilat Komitəsi namizədlərin irəli sürülməsi prosedurunu və seçki kampaniyasının aparılması qaydalarını müəyyənləşdirəcək. Mən də bundan sonra Müsavat başqanlığına namizəd kimi iddiamı ortaya qoyacaq və prioritetlərimi açıqlayacağam. Başqan seçiləcəyim təqdirdə isə İctimai Təşəbbüslər Mərkəzinin rəhbəri kimi ictimai sektorda fəaliyyətimi dayandıracağam”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR