FHN Akademiyasında “Bilik Günü” münasibətilə mərasim keçirilib - FOTO

FHN Akademiyasında “Bilik Günü” münasibətilə mərasim keçirilib - <span style="color: red;">FOTO
# 15 sentyabr 2014 11:25 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında “Bilik Günü” münasibətilə mərasim keçirilib.

FHN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mərasim iştirakçıları ümumilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyublar.

Akademiyanın rəhbərliyi, professor-müəllim heyəti, kursantları və valideynlərinin iştirak etdiyi mərasimdə FHN Akademiyasının rəisi, general-mayor Pənah Süleymanov məruzə edib. Natiq bildirib ki, açılışında prezident İlham Əliyevin iştirak etdiyi FHN Akademiyasının binası növbəti tədris ilində yeni kursantları qəbul edir. Dövlət başçısının qayğısı ilə əhatə olunmuş gənclər bütün sahələrdə olduğu kimi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində də zəngin bilik və bacarıqlara yiyələnəcəklər.

FHN Akademiyasına yüksək - 624 balla qəbul olunmuş kursant Ülvi Əliyevin atası Mübariz Əliyev çıxış edərək prezident İlham Əliyevə təhsilə göstərilən yüksək diqqət və qayğıya görə təşəkkürünü bildirib.

Sonra 2013-2014-cü tədris ilində “Ən yaxşı tədris tağımı” müsabiqəsinin qalibi olmuş tağım FHN Akademiyasının bayrağını meydana gətirib və kursantlar təntənəli marşla tribunanın önündən keçiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR