Nazir: "Bakı-Tiflis-Qars layihəsinin tikintisində gecikmə Türkiyədə baş verir"

Nazir: "Bakı-Tiflis-Qars layihəsinin tikintisində gecikmə Türkiyədə baş verir"
# 28 oktyabr 2016 14:57 (UTC +04:00)

"Bakı-Tiflis-Qars dəmir yolu xətti layihəsinin tikintisi yalnız Azərbaycan və Gürcüstandan deyil, həm də Türkiyədən də asılıdır". APA-nın Tbilisi bürosunun məlumatına görə, bunu Gürcüstanda səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Nazir qeyd edib ki, layihənin tikintisində gecikmə Türkiyə tərəfində baş verir: "Türkiyə tərəfi layihə üzrə aparılan işlərin hələ gələn il başa çatdırılacağını bildirib. Biz inanırıq ki, layihə gələn il başa çatacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR