Kriptovalyuta bazarında son günlər müşahidə olunan ucuzlaşmadan sonra güclü bahalaşma qeydə alınıb. Əsas rəqəmsal aktivlərin hamısı son 24 saat ərzində dəyər qazanıb.
“APA-Economics” xəbər verir ki, “CoinMarketCap” platformasının məlumatına əsasən, “Bitcoin”in qiyməti son sutkada 4,72% artaraq 80 374,24 ABŞ dollarına yüksəlib. Bununla belə, kriptovalyutanın qiyməti son 30 gündə 6,10% azalıb.
“Ethereum” 6,89% bahalaşaraq 2 418,61 dollara, BNB 3,55% artaraq 713,49 dollara çatıb. “Zcash” 8,95% bahalaşaraq 1 314,20 dollara, “Monero” isə 1,64% yüksələrək 638,71 dollara çatıb.
Digər kriptovalyutalardan “Bitcoin Cash” 4,43% bahalaşaraq 281,75 dollara, “Bittensor” 5,14% artaraq 234,86 dollara çatıb. “Quant” isə 8,35% bahalaşaraq 206,83 dollara yüksəlib.
Qızıl əsaslı kriptovalyutalarda da ciddi bahalaşma müşahidə olunub. “PAX Gold” (PAXG) 4,55% bahalaşaraq 4 129,11 dollara, “Tether Gold” (XAUT) isə 4,49% dəyər qazanaraq 4 116,68 dollara çatıb.
“CoinMarketCap 20” indeksi son 24 saatda 5,07% artaraq 163,49 bənd təşkil edib. “Bitcoin”in bazar kapitallaşması 1,62 trln. dollara yaxınlaşıb.
Analitiklər bildirirlər ki, kriptovalyuta bazarındakı yüksəliş əvvəlki günlərdə baş verən kəskin ucuzlaşmadan sonra alışların fəallaşması və investorların aşağı qiymətlərdən istifadə etməsi ilə əlaqəli ola bilər. Bununla belə, əsas kriptovalyutaların əksəriyyətinin son 30 günlük göstəricilərinin mənfi qalması bazarda tam bərpanın hələ baş vermədiyini göstərir.