Bank Of Baku

Kriptovalyuta bazarının son göstəriciləri

Kriptovalyuta bazarının son göstəriciləri
# 19 fevral 2025 09:36 (UTC +04:00)

Fevralın 19-da kriptovalyuta birjalarında "Bitkoin" ucuzlaşıb.

"APA-Economics" xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 09:25-də “CoinMarketCap” platformasında 0.85% ucuzlaşaraq 95 046 ABŞ dolları təşkil edib.

Son bir gündə "Ethereum"un qiymətində azalma müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 0.91% azalaraq 2676 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan Tether son sutkada 0,03%, XRP 3.98%, BNB isə 1.31% ucuzlaşıb.

Qeyd edək ki, "Bitkoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR