Kriptovalyuta bazarının son göstəriciləri

Kriptovalyuta bazarının son göstəriciləri
# 19 may 2025 10:09 (UTC +04:00)

Mayın 19-da kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti cüzi azalıb.

"APA-Economics" xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 10:00-da “CoinMarketCap” platformasında 0.68% ucuzlaşaraq 102 915 ABŞ dolları təşkil edib.

Son bir gündə "Ethereum"un qiymətində də azalma müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 5.43% azalaraq 2595 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 1.85%, BNB isə 1.09% ucuzlaşıb.

Qeyd edək ki, "Bitcoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR