AZAL Bakı - Sankt-Peterburq aviareysi üzrə yeni aksiya keçirir

AZAL Bakı - Sankt-Peterburq aviareysi üzrə yeni aksiya keçirir
# 24 may 2016 10:01 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Azərbaycan Hava Yolları" (AZAL) Bakıdan Sankt-Peterburqa və əks istiqamətdəki reyslərdə yeni aksiyaya start verdiyini elan edir.

AZAL-ın mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, sözügedən marşrut üzrə uçuşlara iyunun 1-dən avqustun 1-dək aviabilet alan "AZAL Miles" proqram iştirakçıları iki dəfə çox status və səyahət balları qazana biləcəklər.

"AZAL Miles" bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilib: https://www.azal.az/az/azal-miles/miles-programme

Proqram iştirakçısı olmayan şəxslər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilər: http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=az

Yay "Şimali Palmiraya" (Sankt-Peterburqu bəzən belə adlandırılar) səyahət etmək üçün ilin ən yaxşı vaxtı hesab olunur. İyunun əvvəllərində, "bəyaz gecələr" mövsümündə o, daha əzəmətli görünür. Bu dövr mədəni hadisələr və maraqlı turistik proqramlarla zəngin olan bir dövrdür. Məhz iyunda Rusiyanın "şimal paytaxtında" əfsanəvi "Deep Purple" rok qrupunun solo konserti gözlənilir.

Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür.

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:

(+99412) 598-88-80;

*8880.

E-mail: [email protected]

AZAL Miles bonus proqramı ilə bağlı sualları ya [email protected] e-mail ünvanına və ya www.azal.az saytındakı əlaqə forması vasitəsilə göndərmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR