Xaçmaz sakini bıçaqlanıb

Xaçmaz sakini bıçaqlanıb
# 13 aprel 2018 18:21 (UTC +04:00)

Xaçmazda bıçaqlanma faktı qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qusarçay kəndində qeydə alınıb. Kənd sakini, 1981-ci il təvəllüdlü Qədirov Rəsul Tofiq oğlu bıçaqlanıb.

O Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, hazırda əməliyyat olunur.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR