Gürcüstan koronavirusun yayıldığı Çinin Uhan vilayətindəki vətəndaşlarını təxliyə etmək üçün Türkiyə ilə danışıqlar aparır.
APA-nın yerli bürosu xəbər verir ki, faktı Gürcüstan Xarici İşlər Nazirliyi təsdiqləyib. Nazirliyin məlumatında bildirilib ki, bölgədə hazırda 7 Gürcüstan vətəndaşı var.
“Hazırda Gürcüstan vətəndaşlarının Türkiyə təyyarəsi ilə Uhan vilayətindən təxliyə edilməsi barədə Türkiyə tərəfi ilə aktiv iş aparırıq”, - deyə Gürcüstan XİN-in açıqlamasında bildirilib.
Qeyd edək ki, daha əvvəl Türkiyə KİV Türkiyə təyyarəsinin Gürcüstan vətəndaşları da daxil olmaqla 50 sərnişini Çinin Uhan vlayətindən təxliyə edəcəyi barədə məlumat yayıb.