Borca görə dostunu güllələyən şəxsin şikayəti üzrə məhkəmə başlayıb

Borca görə dostunu güllələyən şəxsin şikayəti üzrə məhkəmə başlayıb
# 12 sentyabr 2017 08:24 (UTC +04:00)

Bakı Apellyasiya Məhkəməsində ölümə cəhddə təqsirləndirilən Yan Tahiroviç Raznobarskinin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.

APA-nın xəbərinə görə, Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı sentyabrın 18-nə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxs tanışı Murad Səyidovu aralarında yaranan münaqişə zəminində güllələyib. Xəstəxanaya yerləşdirilən M. Səyidovu xilas etmək mümkün olub. Hadisənin borc üstündə baş verdiyi bildirilir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Y. Raznobarski 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR