Cianni Bardazzi Bakı Ali Neft Məktəbində master-klass keçib

Cianni Bardazzi Bakı Ali Neft Məktəbində master-klass keçib
# 01 dekabr 2017 07:24 (UTC +04:00)

İtaliyanın Maire Tecnimont Group şirkətinin Xüsusi təşəbbüslər və regionda koordinasiya üzrə birinci vitse-prezidenti, Rusiya və Xəzər regionu üzrə vitse-prezidenti Cianni Bardazzi Bakı Ali Neft Məktəbində (BANM) “Texnoloji innovasiya, biznes və liderlik” mövzusunda master-klass keçib.

Tədbirdə BANM-in rektoru Elmar Qasımov, Kinetics Tecnology şirkətinin Bakıdakı nümayəndəliyinin rəhbəri Nikolo Haylpern, Region üzrə biznes mütəxəssis Alessia Mangiapane, BANM-in artıq Kinetics Tecnology şirkətinin əməkdaşları olan məzunları, eyni zamanda şirkətdə hazırda təcrübə proqramı keçən tələbələri və Ali Məktəbin tələbə heyəti iştirak edib.

Rektor Elmar Qasımov C. Bardazzini BANM-in yaxın dostu kimi təqdim edib və Ali Məktəbin məzunlarına Maire Tecnimont Group tərəfindən verilən üstünlük və tələbələrinə yaradılan təcrübə proqramına görə Cianni Bardazziyə dərin təşəkkürünü bildirib. Rektor qeyd edib ki, BANM-in tələbələri Bardazzinin və eyni zamanda Kinetics Tecnology şirkətinin etimadını doğruldacaqlar.

Master-klassda olduqca maraqlı mövzulara toxunan C.Bardazzi texnologiya və innovasiyanın yaranma mənbələrindən, sürətli inkişafından, yeni ideyaların formalaşması, tətbiq olunması və biznes planlamasının aparılmasından danışıb, həmçinin nümunələrlə mövzuya aydınlıq gətirib.

C .Bardazzi tələbələrə liderlik anlayışından, əsl liderin xüsusiyyətlərindən və daxili keyfiyyətlərindən söhbət açıb.

Sonda C.Bardazzi iştirakçıların sualları əsasında Maire Tecnimont Group-un kadr siyasəti və işə qəbul prosesinin əsas mərhələləri haqda tələbələri bilgiləndirib və Elmar Qasımova BANM-in Maire Tecnimont Group-la sıx əməkdaşlığına görə təşəkkürünü bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR