Kürdəmirdə avtomobil camışı vuraraq öldürüb

Kürdəmirdə avtomobil camışı vuraraq öldürüb
# 30 aprel 2018 22:34 (UTC +04:00)

Kürdəmirdə yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, gecə saatlarında Ağsu-Kürdəmir-İmişli yolunun 54-cü kilometrliyində, Kürdəmir rayonun Çöl Ərəb kəndindən keçən hissəsində Elşad Rüstəm oğlu Qurbanovun idarə etdiyi "VAZ-21015" markalı minik avtomobili yolu keçən camışı vuraraq öldürüb.

Qəza nəticəsində sürücü yüngül xəsarət alıb, idarəetmədən çıxan avtomobil isə yol kənarına aşaraq yararsız vəziyyətə düşüb.

Qeyd edək ki, həmin ərazidə analoji hadisə bir neçə dəfə baş verib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR