Zimbabvenin sabiq vitse-prezidenti keçid hökuməti formalaşdıracaq

Zimbabvenin sabiq vitse-prezidenti keçid hökuməti formalaşdıracaq
# 17 noyabr 2017 03:42 (UTC +04:00)

İstefaya göndərilmiş Zimbabvenin sabiq vitse-prezidenti Emmerson Mnanqaqva beş il hakimiyyətdə olacaq keçid hökuməti formalaşdıracaq. APA-nın “RİA Novosti”yə istnadən verdiyi xəbərə görə, bu barədə yerli “Financial Gazette” nəşri məlumat yayıb.

Məlumata görə, hökumətin yeni tərkibi müxalifət nümayəndələrindən formalaşdırılacaq. Hərbçilərin planına əsasən, Zimbabvedə ümummilli seçkilər 5 ildən sonra keçiriləcək.

Qeyd edək ki, Zimbabvenin 93 yaşlı prezidenti Robert Muqabe hərbçilərlə danışıqlar zamanı istefa verməkdən imtina edib. “Harare24” nəşrinin məlumatına görə, bir qədər sonra R. Muqabe ailəsinin təhlükəsizliyinin təmin ediləcəyi təqdirdə ZANU PF hakim partiyasının dekabrda keçiriləcək konqresindən sonra istefa verəcəyini vəd edib.

Sabiq baş nazir, müxalifət lideri Morqan Tsvanqirai bundan əvvəl R.Muqabenin ölkənin maraqları naminə istefaya getməsinin zəruri olduğunu bəyan edib.

Daha əvvəl mətbuatda prezident R.Muqabenin girov saxlandığı barədə məlumat yayılıb. Həmçinin hərbi hissələrdən zirehli texnikaların paytaxt Harare şəhərinə doğru irəlilədiyi bildirilib. Bəzi məlumatlara görə, onlar dövlət teleradio şirkətinin binasını ələ keçiriblər, şəhərdə partlayışların baş verdiyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR