Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb
# 08 iyun 2015 10:56 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Elşən Qurbanlı, Bəhruz Rəsilov, Nadir Əlixanov, Kamran Əzizov və Tural Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası iyunun 18-nə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR