Saatlı sakini üçəm dünyaya gətirib - FOTO

Saatlı sakini üçəm dünyaya gətirib - <span style="color: red;">FOTO
# 22 aprel 2015 10:23 (UTC +04:00)

Sabirabad rayon Perinatal Mərkəzindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, Saatlı rayonunun Qırağlı kənd sakini, 1991-ci il təvəllüdlü Həmzəyeva Afaq Rahil qızı ötən gün mərkəzdə üç qız dünyaya gətirib.

Qeysəriyyə əməliyyatı ilə dünyaya gələn uşaqların çəkisi 3,1, 3,0 və 2,8 kiloqramdır. Valideynləri uşaqlara Mehriban, Leyla və Arzu adları qoyublar. Körpələrin vəziyyətinin normal olduğu bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR