“AFB Bank” ASC-nin Müşahidə Şurası səhmdarlarının ümumi yığıncağının növbədənkənar iclası keçiriləcək.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, iclas 24 fevral, saat 10:00-da Bakı şəhəri, Yasamal rayonu, 466-cı məhəllə, Nəriman Nərimanov prospekti, 206 ünvanında baş tutacaq. Yığıncağın gündəliyinə “AFB Bank”ın 2018-ci maliyyə ili üzrə xalis mənfəətinin bölüşdürülməsi, eləcə də digər məsələlər daxildir.
Qeyd edək ki, hazırda 11 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan “AFB Bank” ASC fəaliyyətinə 2009-cu ilin fevral ayında başlayıb.