Bank Of Baku

"Moody’s" qlobal avtomobil satışlarında rekord azalma proqnozlaşdırır

"Moody’s" qlobal avtomobil satışlarında rekord azalma proqnozlaşdırır
# 16 dekabr 2019 17:31 (UTC +04:00)

"Moody’s" beynəlxalq reytinq agentliyi gələn il dünyada minik avtomobillərinin satış dinamikasına dair proqnozunu dərc edib.

"APA-Economics"in agentliyinin proqnozlarına istinadən verdiyi məlumata görə, dünyada minik avtomobillərinin satış dinamikası 2019-cu ildə olduğu kimi, 2020-ci ildə də yavaşlayacaq. Cari ildə satışların 3,8% azalacağını proqnozlaşdıran "Moody's", gələn il satışların 0,9% azalacağını gözləyir.

Agentlik ümumi mənfi proqnozu və satışlarda azalmanı Çin, Avropa Birliyi, Almaniya, ABŞ və G20-yə daxil olan digər ölkələrin əsas bazarlarında zəif iqtisadi artımla əlaqələndirir.

Qeyd edək ki, noyabr ayının sonunda "Fitch Ratings" agentliyi 2019-cu ildə dünyada minik avtomobillərinin satışlarının 4% azalacağını proqnozlaşdırıb. Bundan əlavə, agentliyin ehtimallarına görə, 2019-cu ildə dünyada təxminən 77,5 mln. avtomobil satılacaq ki, bu da 2018-ci ilə nisbətən 4,2% və ya 3,1 mln. avtomobil azdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR