Bank Of Baku

«Bank Respublika» regional filial şəbəkəsini genişləndirib

«Bank Respublika» regional filial şəbəkəsini genişləndirib
# 11 avqust 2008 08:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın «Bank Respublika» Səhmdar Kommersiya Bankı müştəri xidməti şəbəkəsini genişləndirmək məqsədi ilə «Astara» filialını istifadəyə verib.

«Bank Respublika»dan «APA-Economics»ə verilən məlumata görə, Astara şəhəri, Azərbaycan küç. 15A ünvanında fəaliyyət göstərən «Astara» filialı əhaliyə, şirkətlərə və təşkilatlara hesablaşma-kassa xidmətləri, istehlak, ipoteka, avtomobil və biznes kreditləri, depozitlər, «MasterCard» və «VISA» plastik kartları, «Contact», «Migom», «Coinstar», «PrivatMoney», «Bıstraya poçta», «Xpress Money», «Blizko» və «Allür» sistemləri ilə pul köçürmələri, mobil rabitə ödənişi və sair xidmətlərini göstərir.

Qeyd edək ki, hazırda bankın Bakı, Gəncə, Sumqayıt, Şirvan, Quba, Xaçmaz, Lənkəran, Astara, Masallı, Yevlax, Bərdə, Şəmkir, Göyçay və Goranboy şəhərlərində 29 filialı və şöbəsi fəaliyyət göstərir.

Xatırladaq ki, «Bank Respublika» 1992-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları sırasında Almaniyanın «KfW» bank qrupunun üzvü «DEG İnvestisiya» şirkəti və «Sparkassen-Finanzgruppe» maliyyə qrupunun üzvü «Sparkassen International Development Trust» şirkəti 2005-ci ilin aprelin 28-dən bankın kapitalının «25%+1 səhm» paketinə sahibdirlər. Bu ilin avqust ayının 1-nə bankın 386 mln. manat, kredit portfeli 249,5 mln. manat, depozit portfeli 151,3 mln. manat, məcmu kapitalı 38,1 mln. manat, nizamnamə kapitalı isə 14,6 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR