Yenidənmaliyyələşdirmə əməliyyatları bank sisteminin likvidliyinin tənzimlənməsi çərçivəsində aparılır. Likvidliyinin tənzimlənməsinə yönəldən digər alət – repo əməliyyatları AMB tərəfindən daha geniş istifadə olunur. Lakin repo əməliyyatları yalnız birgünlük xarakteri daşıyır, yenidənmaliyyələşdirmə əməliyyatları isə ortamüddətlidir.
Əslində, yenidənmaliyyələşdirmənin artıması bankların likvidliyinin azalmasının göstəricisidir. Amma etiraf etmək lazımdır ki, 106,7 mln. manat – elə də böyük rəqəm deyil. Çünki yenidənmaliyyələşdirmə üzrə statistika artan dinamika ilə hesablanır. Repo əməliyyatları ilə müqayisədə (yanvar-avqust ayları üzrə 3,4 mlrd. manata yaxın olub) yenidənmaliyyələşdirmə əməliyyatlarının həcmi çox aşağıdır. Lakin vurğulamalaq lazımdır ki, burada əsas amil bu alətin daha uzunmüddətli olması ilə bağlıdır.