Bank Of Baku

«Texnikabank»ın Qaradağ filialı istifadəyə verilib

«Texnikabank»ın Qaradağ filialı istifadəyə verilib
# 22 sentyabr 2008 11:24 (UTC +04:00)
Bakı. Rəşad Sleymanov – APA-Economics. Azərbaycanın «Texnikabank» Səhmdar Kommersiya Bankının (SKB) Qaradağ filialı istifadəyə verilib. Bu barədə «APA-Economics»ə «Texnikabank» SKB-dən məlumat verilib.

Filialın açılış mərasimində «Texikabank» ASC-nin Müşahidə Şurasının sədri Etibar Əliyev, rayon İcra Hakimiyyətinin başçısı Hüseyn İsrafilov və digər şəxslər iştirak edib. Müasir dizayn və interyerə malik olan bu inzibati binada bütün növ bank xidmətləri göstərilir.

Qeyd edək ki, «Texnikabank» SKB-nin 35 filialı, 2 xidmət və 3 mübadilə şöbəsi var.

Xatırladaq ki, bu ilin yanvar-iyun aylarında bankın gəlirləri 34,570 mln. manat, xərcləri 20,796 mln. manat, mənfəəti 13,774 mln. manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR