Bank Of Baku

Azərbaycandakı müəssisə və təşkilatlarların əldə etdiyi mənfəət I yarımillikdə 42%, debitor borcları isə 34% artıb

Azərbaycandakı müəssisə və təşkilatlarların əldə etdiyi mənfəət I yarımillikdə 42%, debitor borcları isə 34% artıb
# 22 sentyabr 2008 12:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin birinci yarısında Azərbaycan ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatlar tərəfindən (kənd təsərrüfatı müəssisələri və ABƏŞ istisna olmaqla) 2 610,6 mln. manatlıq mənfəət və 515,3 mln. manatlıq zərər əldə edilib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, iqtisadi subyektlərin fəaliyyəti nəticəsində əldə edilmiş mənfəət 2007-ci ilin eyni dövrü ilə müqayisədə 777,8 mln. manat və ya 42,4% artıb, onun 65%-i (1 695,7 mln. manat) sənaye müəssisələrinin fəaliyyətində yaranıb. Eyni zamanda, nəqliyyat müəssisələri 77,8 mln. manat (ümumi mənfəətin 3%-i qədər), rabitə müəssisələri 135,8 mln. manat (5,2%), tikinti təşkilatları isə 375,5 mln. manat (14,4%) mənfəətlə işləyib.
Zərərin 87,3%-i sənaye, 3,5%-i tikinti, 2%-i nəqliyyat, 2,6%-i isə maliyyə xidmətləri sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatların payına düşüb.
Cari ilin iyul ayının 1-nə olan məlumatlara görə, müəssisə və təşkilatların debitor borcları (sistemdaxili borclar istisna olunmaqla) 5 948,4 mln. manat olub və cari ilin əvvəlindən təxminən 34% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR