Bank Of Baku

Azərbaycanın xidmətlər balansının saldosu mənfi 1,1 mlrd. dollara çatır

Azərbaycanın xidmətlər balansının saldosu mənfi 1,1 mlrd. dollara çatır
# 22 sentyabr 2008 12:36 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın 2008-ci ilin yanvar-iyun ayları üzrə tədiyyə balansına əsasən, ölkəmizin xarici ölkələrlə aparılan iqtisadi əlaqələrində qarşılıqlı xidmətlərin ümumi həcmi 2 711,5 mln. ABŞ dolları təşkil edib.
Azərbaycan Milli Bankından (AMB) «APA-Economics»ə verilən məlumata əsasən, hesabat dövründə qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə 1 905,1 mln. dollarlıq, Azərbaycan rezidentləri xarici ölkələrin rezidentlərinə 806,4 mln. dollarlıq xidmət göstərib. Beləliklə, xidmətlər balansının saldosu mənfi 1 098,7 mln. dollar təşkil edib.
Qeyd edək ki, qarşılıqlı xidmətlər dövriyyəsinin 27,3%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşüb. Ümumi dəyəri 739,9 mln. dollar olan nəqliyyat xidmətlərinin 54%-i Azərbaycan rezidentləri tərəfindən, 46%-i isə Azərbaycan rezidentlərinə göstərilmiş xidmətlər olub. Beləliklə, nəqliyyat sahəsində göstərilən xidmətlər üzrə 59,7 mln. dollar məbləğində müsbət saldo qeydə alınıb.
Digər vacib xidmət sektorunda - turizmdə əks vəziyyət müşahidə olunur. Belə ki, xarici vətəndaşlara turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 94,5 mln. dollar həcmində qiymətləndirilir. Bunun 39,2%-i qeyri-rezidentlərin Azərbaycana işgüzar səfərləri ilə bağlı olub. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı
göstərilən xidmətlərin həcmi isə 143,3 mln. dollar təşkil edib. Bunun 90,2%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı xarici ölkələrdə olarkən sərf etdikləri xərclərinin payına düşür. Beləliklə, turizm sahəsində 48,8 mln. dollar həcmində mənfi saldo yaranıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR