Bank Of Baku

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 86% artıb

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 86% artıb
# 22 sentyabr 2008 12:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan iqtisadiyyatına kredit qoyuluşunun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 85,5% və ya 2,9 mlrd. manat artaraq 6 361,5 mln. manata çatıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, kredit qoyuluşunun 44,2%-i dövlət, 53,3-i özəl banklar, 2,5%-i isə qeyri-bank kredit təşkilatları tərəfindən həyata keçirilib. Verilmiş kreditlərin 69,7%-i uzunmüddətli kreditlər təşkil edib, 1,7%-nin isə ödənilmə vaxtı keçib.
Azərbaycan Milli Bankının təqdim etdiyi məlumata görə, 2008-ci ilin yanvar-avqust aylarında dövriyyəyə 13 036,3 mln. manat pul kütləsi buraxılıb, dövriyyədən bankların kassalarına 12 205,7 mln. manat daxil olub və emissiya 847,1 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR