Bank Of Baku

Azərbaycandakı sığortaçılar daxilolmaların 36%-ni təkrarsığortaya yönəldib

Azərbaycandakı sığortaçılar daxilolmaların 36%-ni təkrarsığortaya yönəldib
# 22 sentyabr 2008 15:11 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda təkrarsığortaya yönəldilən sığorta haqların həcmi olduqca böyükdür və bu səbəbdən yerli sığortaçıları yalnız daxilolmlar üzrə qiymətləndirmək düzgün deyil.
«APA-Economics»in məlumatına görə, milli sığorta bazarının iştirakçıları hesab edirlər ki, sığortaçıların gəlirləri üzrə qiymətləndirməsi ümumilikdə bazarın düzgün qiymətləndirilməsi üçün vacibdir. Belə ki, 2008-ci ilin ilk yarısında sığortaçılar 97,9 mln. manat həcmində sığorta haqqı toplayıb. Digər daxilolmaları da nəzərə alsaq, sığorta bazarı iştirakçılarının ümumi gəlirləri 133,3 mln. manat təşkil edib. Hesabat dövründə sığorta şirkətlərinin ümumi xərcləri isə 120,4 mln. manata bərabər olub ki, bundan da 35,5 mln. manatı təkrarsığortaya verilmiş haqlarının payına düşür. Beləliklə, təkrarsığortaya verilmiş haqların sığorta haqlarının ümumi həcminə nisbəti 36,3% təşkil edir.
Sığortaçıların digər irihəcmli xərclər maddəsi sığorta ehtiyatlarına ayırmalarla (40,9 mln. manat) bağlıdır. Ümumilikdə, 2008-ci ilin ilk yarısında sığortaçıların ümumi balans mənfəəti yalnız 12,9 mln. manat təşkil edib.
Göründüyü kimi, Azərbaycandakı sığorta şirkətləri topladıqları sığorta haqlarının böyük hissəsini xaricə təkrarsığortaya yönəldir və bu, sığortaçıların fikrincə, bazarın inkişafına mənfi təsir göstərir. Həmin neqativ tendensiyanın əsas səbəbi isə ölkədəki sığorta şirkətlərinin kapitallaşma səviyyəsinin aşağı olması ilə bağlıdır. Belə olan halda isə, kiçik şirkətlər irihəcmli sığorta risklərini öz üzərinə götürə bilmədiyinə görə, onu xarici şirkətlərə verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR