Bank Of Baku

«YapıKredi Bank Azerbaijan» yeni baş ofisində açılış mərasimi keçirib

«YapıKredi Bank Azerbaijan» yeni baş ofisində açılış mərasimi keçirib
# 22 sentyabr 2008 15:16 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün «YapıKredi Bank Azerbaijan» Qapalı Səhmdar Cəmiyyəti (QSC) Bakı şəhərində yeni baş ofisinin (C.Cabbarlı,32) fəaliyyətə başlaması ilə bağlı rəsmi açılış mərasimi keçirib.
«APA-Economics»in məlumatına görə, tədbirdə Türkiyənin «YapıKredi Bank»ın İdarə Heyətinin sədri Tayfun Bayazıt bildirib ki, bankın əsas hədəfi fəaliyyətini daha da genişləndirmək və bu sahədə daha əhəmiyyətli rola malik olmaqdır: «Bankımız Azərbaycanda 10 il fəaliyyət göstərir və hazırda aktivlərimizin həcmi 125 mln. dollar təşkil edir. Bank 130 hüquqi və 18 min fiziki şəxsə xidmət göstərir. İlin sonuna kimi bankımız filial şəbəkəsini genişləndirməklə bank sektorunda daha da əhəmiyyətli rol oynayacaq».
Xatırladaq ki, təsisçisi Türkiyənin «YapıKredi Bank» (80%) və Beynəlxalq Maliyyə Korporasiyası (20%) olan «YapıKredi Bank Azerbaijan» SKB Azərbaycanda 2000-ci ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 82,973 mln. manat, kredit portfeli 23,618 mln. manat, depozit portfeli 54,743 mln. manat, məcmu kapitalı 15,359 mln. manat, o cümlədən nizamnamə kapitalı 6,349 mln. manat təşkil edib. Bankın respublika üzrə 2 filialı, 12 bankomatı və 38 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR