Bank Of Baku

Azərbaycanda əhalinin bank əmanətlərinin həcmi son bir ildə 62% artıb

Azərbaycanda əhalinin bank əmanətlərinin həcmi son bir ildə 62% artıb
# 22 sentyabr 2008 15:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda əhalinin banklardakı əmanətlərinin ümumi həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 62,3% artaraq 1 766,5 mln. manata çatıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əmanətlərin 926,9 mln. manatı (52,5%-i) milli, 839,6 mln. manatı (47,5%-i) isə xarici valyuta şəklində qoyulub və əvvəlki ildəkinə nisbətən müvafiq olaraq 2,2 dəfə və 26,6% artıb. Həmin vəsaitlərin 66,5%-ni (1 174,1 mln. manatını) özəl banklara qoyulmuş vəsaitlər təşkil edib.
Qeyd edək ki, cari ilin avqust ayında manatın 1 ABŞ dollarına qarşı orta məzənnəsi 0,81 manat, 100 Rusiya rubluna 3,36 manat, 1 avroya 1,22 manat təşkil edib. Cari ilin əvvəlindən bu valyutaların məzənnəsi müvafiq olaraq 0,02 manat, 0,11 manat və 0,05 manat zəifləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR