Bank Of Baku

«YapıKredi Bank Azerbaijan» 2009-cu ildə iki müəssisə təsis edəcək

«YapıKredi Bank Azerbaijan» 2009-cu ildə iki müəssisə təsis edəcək
# 23 sentyabr 2008 07:36 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «YapıKredi Bank Azerbaijan» Qapalı Səhmdar Cəmiyyəti (QSC) 2009-cu ildə öz sığorta təşkilatını yaratmaq niyyətindədir.
Bankın İdarə Heyətinin sədri Coşkun Bulakın «APA-Economics»ə verdiyi məlumata görə, gələn il həmçinin lizinq şirkətinin də yaradılması planlaşdırılır. Yaradılacaq iki yeni qurum müvafiq olaraq «YapıKredi Sığorta Azerbaijan» və «YapıKredi Leasing Azerbaijan» adlandırılacaq.
Xatırladaq ki, təsisçisi Türkiyənin «YapıKredi Bank» (80%) və Beynəlxalq Maliyyə Korporasiyası (20%) olan «YapıKredi Bank Azerbaijan» SKB Azərbaycanda 2000-ci ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 82,973 mln. manat, kredit portfeli 23,618 mln. manat, depozit portfeli 54,743 mln. manat, məcmu kapitalı 15,359 mln. manat, o cümlədən nizamnamə kapitalı 6,349 mln. manat təşkil edib. Bankın respublika üzrə 2 filialı, 12 bankomatı və 38 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR