Bank Of Baku

Rusiya baş nazirinin müavini İqor Şuvalov: «Azərbaycan MDB məkanında Rusiyanın ən vacib və əhəmiyyətli tərəfdaşlarındandır»

Rusiya baş nazirinin müavini İqor Şuvalov: «Azərbaycan MDB məkanında Rusiyanın ən vacib və əhəmiyyətli tərəfdaşlarındandır»
# 08 iyun 2009 11:56 (UTC +04:00)
Sankt-Peterburq. R.Mətləboğlu – APA. Azərbaycan MDB məkanında Rusiyanın ən vacib və əhəmiyyətli tərəfdaşlarındandır. Rusiya ilə Azərbaycan arasında həm siyasi, həm ticarət, həm də mədəni sıx əlaqələrimiz mövcuddur. APA-nın məlumatına görə, bunu Rusiyanın baş nazirinin müavini İqor Şuvalov bildirib.
İ.Şuvalov qeyd edib ki, Rusiyanı MDB çərçivəsində inteqrasiya, iqtisadi gücün artırılması, biznesin inkişaf etdirilməsi üçün daha sistemli imkanların aşkarlanması məsələləri narahat edir. Bununla yanaşı, o, baş nazir Vladimir Putinin həm Avrasiya İqtisadi və Gömrük ittifaqlarının əməkdaşlıq üçün açıq olması barədə bəyanatlarını xatırladıb: «Gələn ilin yanvarın 1-dən tərkibində Rusiya, Belarus və Qazaxıstan olmaqla, fəaliyyətə başlayacaq Gömrük İttifaqına Qırğızıstan da maraq göstərir. Artıq Qırğızıstanın potensial üzvlük məsələsi öyrənilir».
Rusiya rəsmisinin sözlərinə görə, MDB ölkələrinin bəziləri artıq Ümumdünya Ticarət Təşkilatına üzv olub, bəziləri isə üzvolma mərhələsindədir, bir qrupun iqtisadiyyatı daha güclüdür, valyuta ehtiyatları mövcuddur, kimsə maliyyə böhranından daha ciddi zərər çəkib, digərləri isə bunu nisbətən asan keçirib. «Bu səbəbdən, MDB çərçivəsində müxtəlif əməkdaşlıq formatlarının yaradılması da düzgündür», - deyə İ.Şuvalov bildirib.
Onun fikrincə, analoji tendensiyalar Avropa İttifaqı çərçivəsində də müşahidə olunur: «Biz heç kimin qarşısında məhdudiyyət qoymaq istəmirik və hesab edir ki, bütün inteqrasiya formatları açıq olmalıdır. Yaxın dövlətlərlə iqtisadi əlaqələrin kooperasiyası daha çox faydalı olur, nəinki uzaq ölkələrlə. Nə qədər tez biz MDB çərçivəsində inteqrasiyaya nail olsaq, bir o qədər tez Avropa İttifaqı üçün güclü tərəfdaş yarada bilərik».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR