Bank Of Baku

Bu il Azərbaycanda geniş mənada pul kütləsinin 21% artacağı gözlənilir

Bu il Azərbaycanda geniş mənada pul kütləsinin 21% artacağı gözlənilir
# 08 iyun 2009 11:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sonunadək Azərbaycanda geniş mənada pul kütləsinin həcmi 2008-ci illə müqayisədə 21% artacaq. «APA-Economics»in məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) 2009-cu ilin aprel ayının sonunadək müddəti əhatə edən dövr əsasında tərtib olunmuş «Dünya İqtisadi Perspektivləri» adlı yenilənmiş sənədində bildirilir.

Sənəddə həmçinin qeyd olunub ki, bu ilin yanvarın 1-nə Gürcüstanda pul kütləsinin artımı 9%, Ermənistanda – 2,3%, Qazaxıstanda – 17,1%, Türkmənistanda – 11,9%, Özbəkistanda – 20,4%, Qırğızıstanda – 0,6%, Tacikistanda isə 8,3% səviyyəsində proqnozlaşdırılır.

Qeyd edək ki, 2008-ci ildə Azərbaycanda pul kütləsinin artımı 44% olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR