BVF-nin proqnozlarına əsasən, cari hesab balansının ÜDM-yə nisbəti üzrə Azərbaycan Mərkəzi Aziya regionuna aid olan MDB ölkələrində bu il Türkmənistandan sonra ikinci yeri, gələn il üçün proqnozlaşdırılan göstəriciyə görə isə birinci yeri tutacaq. Ümumilikdə, MDB ölkələrində BVF cari hesab balansının üç ölkədə müsbət, beş ölkədə isə mənfi olacağını gözləyir:
| 2008 | 2009 (proqnoz) | 2010 (proqnoz) |
Azərbaycan | 35.5 | 10.8 | 18.4 |
Qazaxıstan | 5.3 | -6.4 | 1.1 |
Türkmənistan | 19.6 | 15.7 | 9.2 |
Ermənistan | -12.6 | -11.4 | -10.5 |
Gürcüstan | -22.6 | -16.4 | -16.7 |
Qırğızıstan | -6.5 | -6.3 | -8.4 |
Tacikistan | -8.8 | -9.7 | -8.3 |
Özbəkistan | 13.6 | 7.7 | 6.8 |
Qeyd edək ki, cari hesab balansı ölkənin tədiyyə balansının tərkib hissəsidir və bura mal və xidmətlərin ixracı və idxalının balansı, investisiyalar üzrə xalis gəlir və transfer ödənişləri üzrə xalis həcm daxildir.