Bank Of Baku

«Fitch Ratings» agentliyi «Kapital Bank»ın yeni reytinqini təsdiqləyib

«Fitch Ratings» agentliyi «Kapital Bank»ın yeni reytinqini təsdiqləyib
# 08 iyun 2009 14:34 (UTC +04:00)
Bakı. Elmin İbrahimov – APA-Economics. «Fitch Ratings» beynəlxalq reytinq agentliyi Azərbaycanın «Kapital Bank» Səhmdar Kommersiya Bankının emitentin uzunmüddətli defolt reytinqini (İDR) «B+», onun proqnozunu «sabit», qısamüddətli reytinqini «B», fərdi reytinqini «D/E», dəstək reytinqini «4» və dəstək reytinqinin aşağı həddini «B+» səviyyəsində təsdiqləyib.

«APA-Economics»in BNE portalına (www.businessneweurope.eu) istinadən verdiyi məlumata görə, «Fitch» agentliyinin mütəxəssislərinin fikrincə, özəlləşdirmənin başa çatması ilə dövlət mülkiyyətinin ləğv olunması və bununla dövlətdən dəstəyin azalmasına baxmayaraq, «Kapital Bank» sistemli olaraq inkişaf edir və nüfuzlu bank təşkilatına çevrilir.

Belə ki, «Kapital Bank» mövcud geniş filial şəbəkəsi (88 filial/ofis, təxminən 90 digər xidmət məntəqəsi və 300 bankomat) ilə təqaüdlərin və sosial ödənişlərin paylanmasını həyata keçirir və respublika ərazisində dövlət qurumlarına və regional xəzinə hesablarına xidmət göstərir. Ötən ilin sonuna «Kapital Bank» aktivlərin və müştəri depozitlərinin həcminə görə ölkənin üçüncü böyük bank təşkilatıdır. Bu göstəricilər üzrə bankın bazar payı müvafiq olaraq 5,6% və 8,6% təşkil edib.

Qeyd edək ki, «Fitch» agentliyi 2008-ci ilin iyul ayında «Kapital Bank»ın reytinqini «BB-» səviyyəsindən «B+»a endirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR