Bank Of Baku

Azərbaycan bankları regionlarda hələ də fəal deyil

Azərbaycan bankları regionlarda hələ də fəal deyil
# 08 iyun 2009 14:49 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları tərəfindən 2009-cu ilin mayın 1-nə verilən kreditlərin 84,4%-i Bakı şəhərinin payına düşür. «APA-Economics»in məlumatına görə, bu göstərici Azərbaycan Mərkəzi Bankı tərəfindən hazırlanan «Kredit qoyuluşları barədə İcmal»da əks olunub.

İcmala əsasən, son bir ildə Bakıda verilmiş kreditlərin xüsusi çəkisi 0,2 faiz bəndi düşüb. Beləliklə, bankların ümumi kredit portfelində ölkənin regionlarına yönəldilən kreditlərin xüsusi çəkisi mayın 1-nə cəmi 15,6% təşkil edib. Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən kredit qoyuluşlarının həcmi 2009-cu ilin mayın 1-nə ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,4% artaraq 6 278,4 mln. manata bərabər olub.

Qeyd edək ki, regionların sırasında kredit qoyuluşları üzrə 3,7%-lik göstəricisi ilə birinci yeri Sumqayıt şəhəri tutur:

Bölgə

01.05.2009

01.05.2008

Bakı

84.4%

84.6%

Sumqayıt

3.7%

3.3%

Gəncə

1.9%

2.3%

Lənkəran

0.7%

0.7%

Naxçıvan

0.6%

0.3%

Abşeron

0.4%

0.6%

Digər şəhər və rayonlar

8.3%

8.2%



Göründüyü kimi, bankların regionlarda fəaliyyəti hələ də qənaətbəxş deyil, halbuki regionlarda sahibkarlığın inkişafı, məşğulluğun artması, istehsalın yaranması və inkişafı, istehlakçıların vəziyyətinin yaxşılaşması baxımından regionların kreditlərə ehtiyacı yüksək səviyyədədir. Bankların regionlara kreditləri az miqdarda verməsinə əsas səbəb bölgələrdə yerləşən girovun qeyri-likvid hesab etməsinə görə, onun banklar tərəfindən qəbul olunmaması və ya da borcalanı qane etməyən səviyyədə qiymətləndirilməsi ilə bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR