Bank Of Baku

İqtisadi Tədqiqatlar Mərkəzi: Azərbaycanda bu il ilk dəfə inflyasiya qeydə alınıb

İqtisadi Tədqiqatlar Mərkəzi: Azərbaycanda bu il ilk dəfə inflyasiya qeydə alınıb
# 08 iyun 2009 15:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) Alternativ inflyasiya səviyyəsinin hesablanması Proqramı üzrə Azərbaycanın 11 regionunda 2009-cu ilin may ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini açıqlayıb.

İTM-dən «APA-Economics»ə verilən məlumata görə, bu ilin may ayında Azərbaycanda istehlak qiymətləri indeksi (İQİ) 0,22% artıb, o cümlədən, Bakıda inflyasiya 0,20%, regionlarda isə 0,24% təşkil edib.

Əmtəə qrupları üzrə ən yüksək inflyasiya ötən ayla müqayisədə xidmətdə 0,37%, ərzaq məhsullarında 0,19%, qeyri-ərzaq məhsullarında isə 0,16% qeydə alınıb. Ərzaq məhsullarından daha çox nar 28,17%, toyuq yumurtası 12,06%, verməşil 3,50% və buğda unu 1,41%, qeyri-ərzaq məhsulları üzrə isə kəsilmiş taxta 6,20% bahalaşıb.

Qiymətləri ucuzlaşan məhsullar sırasında ərzaq məhsullarından çiyələk (38,11%), badımcan (32,48%), göyərti, baş soğan (6,67%), yer pomidoru (5,88%), təzə kartof (5,84%), təbii bal (3,03%), qeyri-ərzaq məhsullarından qalstuk (4,23%), pijamalar (3,61%), xidmətdə isə gəlinlik donun kirayəsi (7,40%) olub.

Son 5 ayda İTM tərəfindən aparılan statistik müşahidələr göstərir ki, bu il ərzində ilk dəfə olaraq inflyasiya may ayında qeydə alınıb. Bununla da ölkədə son 4 ayda mövcud olan deflyasiyadan inflyasiyaya keçid təmin olunub. Halbuki, ötən iki ilin statistikası əksinə, ilin əvvəlində inflyasiyanın mövcudluğunu təsdiqləmiş və adətən may ayından isə deflyasiya qeydə alınıb. İTM mütəxəssislərinin fikrincə, deflyasiyadan inflyasiyaya keçid istehlakçıların xərclərini artırsa da, iqtisadiyyatda işgüzar fəallığı canlandıra bilər.

İTM-in statistikasına görə, Azərbaycanda bu ilin ilk 5 ayında 3,29%, ötən ilin may ayından etibarən illik 2,65% deflyasiya qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR