Bank Of Baku

Azərbaycandakı bankların mənfəətin artım tempi üzrə renkinqi

Azərbaycandakı bankların mənfəətin artım tempi üzrə renkinqi
# 09 iyun 2009 07:25 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank kredit təşkilatlarının 2009-cu ilin aprel ayının 1-nə müxtəlif maliyyə göstəriciləri üzrə renkinqlərinin hazırlanması layihəsi çərçivəsində «APA-Economics» bu dəfə bankların ilk rübdə əldə etdiyi mənfəətin artım tempi üzrə sıralamasını təqdim edir.
Aşağıdakı cədvəldə ölkədəki bankların mənfəətinin artım tempi (2008-ci ilin yanvar-mart aylarına nisbətən) barədə məlumat verilir:

 

Banklar

 

Artım (%)

1

Rabitabank

403,8

2

Zamin Bank

340,3

3

Nikoil Bank

305,4

4

Azərnəqliyyatbank

279,3

5

Kapital Bank

179,5

6

Kövsər Bank

179,2

7

Royal Bank

170,6

8

Günay Bank

148,4

9

Paşa Bank

112,8

10

NBCBank

110,0

11

Azərbaycan Sənaye Bankı

68,6

12

Texnika Bank

48,7

13

Gəncə Bank

46,9

14

Turan Bank

42,9

15

AccessBank

40,4

16

Azərbaycan Kredit Bankı

36,3

17

Deka Bank

34,2

18

Azər-Türk Bank

26,9

19

Azərbaycan Beynəlxalq Bankı

22,6

20

Bank Respublika

21,2

21

AGBank

- 7,4

22

AtaBank

- 7,6

23

Bank of Baku

- 8,1

24

Azerdemiryolbank

- 11,5

25

YapıKredi Bank Azerbaijan

- 17,4

26

UniBank

- 32,6

27

Bank Standard

- 38,0

28

Əmrahbank

- 40,9

29

Atrabank

- 57,7

30

Kredo Bank

- 84,3

31

Melli İran Bankı-Bakı

- 96,7

32

United Credit Bank

-

33

Xalg Bank

-

34

Bank of Azerbaijan

-

35

Bank Avrasiya

-

36

Muğan Bank

-

37

Para Bank

-

38

Qafqaz İnkişaf Bankı

-

39

Debut Bank

-

40

Azfinansbank

-



Qeyd edək ki, «United Credit Bank» cari ilin yanvar-mart aylarını 51 min manat zərərlə başa vurub. Ötən ilin analoji dövründə bank 275 min manat mənfəət əldə edib.

Həmçinin, «Xalq Bank» bu ilin ilk üç ayında 5,046 mln. manat mənfəət əldə edib. Ötən ilin yanvar-mart aylarında isə bankın zərəri 1,409 mln. manat olub.

«Bank of Azerbaijan» bu ilin ilk üç ayını 36 min manat zərərlə başa vursa da, ötən ilin yanvar-mart aylarında 426 min manat mənfəət əldə edib.

Eyni zamanda, «Bank Avrasiya»nın mənfəəti bu ilin ilk rübündə 552 min manat olub, ötən ilin birinci rübü ərzində isə bankın zərəri 184 min manat təşkil edib.

«Muğan Bank» isə bu ilin I rübünü 637 min manat zərərlə, ötən ilin yanvar-mart aylarını 518 min manatlıq mənfəətlə başa vurub.

«Para Bank»ın mənfəəti 2009-cu ilin birinci rübü ərzində 30 min manat, ötən ilin ilk rübündə isə zərəri 42 min manat təşkil edib.

«Qafqaz İnkişaf Bankı»nın zərəri bu ilin yanvar-mart aylarında 520 min manat. Ötən ilin analoji dövründə isə zərər 684 min manat olub.

«Debut Bank»ın zərəri bu ilin ilk rübündə 707 min manat, 2008-ci ilin yanvar-mart aylarında isə bankın mənfəəti 1,054 mln. manat təşkil edib.

Xatırladaq ki, «Azfinansbank» Səhmdar Kommersiya Bankına bank fəaliyyəti ilə bağlı lisenziya Azərbaycan Mərkəzi Bankı tərəfindən 2008-ci ilin noyabrın 30-da verilib. Bu ilin fevral ayından isə bank rəsmən fəaliyyətə başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR