Bank Of Baku

İslam İnkişaf Bankının Direktorlar Şurasına rəhbərlik Azərbaycana keçib

İslam İnkişaf Bankının Direktorlar Şurasına rəhbərlik Azərbaycana keçib
# 09 iyun 2009 07:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Aşqabadda (Türkmənistan) İslam İnkişaf Bankı (İİB) Qrupunun Direktorlar Şurasının 34-cü illik toplantısı keçirilib.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, banka üzv olan 56 ölkənin yüksək vəzifəli nümayəndələri, beynəlxalq maliyyə qurumları və müşahidəçilərin iştirak etdiyi toplantıda ölkəmizi İİB-də Azərbaycandan müdir, ölkənin iqtisadi inkişaf naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinə İqtisadi İnkişaf və Maliyyə nazirliklərinin təmsilçiləri daxil olub.

Toplantı çərçivəsində həmçinin investisiya konfransı keçirilib. Konfransın Azərbaycanla bağlı hissəsində İİB-in prezidenti Əhməd Məhəmməd Əli, İİB Qrupuna üzv ölkələrin nümayəndələri və iş adamları iştirak ediblər. Tədbirdə Ş.Mustafayev Azərbaycan iqtisadiyyatının inkişaf istiqamətləri, beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq və ölkədəki biznes imkanları barədə məlumat verib. Konfransda həmçinin ölkənin investisiya mühiti, Azərbaycan İnvestisiya Şirkəti (AİŞ), eləcə də İİB və AİŞ-in birgə təşkilatçılığı ilə yaradılmış Xəzər İnvestisiya Şirkətinin fəaliyyəti və inkişaf perspektivləri ilə bağlı təqdimatlar keçirilib.

Qeyd edək ki, İİB-in 34-cü illik toplantısında İslam Ticarət Maliyyə Korporasiyası, İnvestisiyalar və İxrac Kreditlərinin Sığortalanması üzrə İslam Korporasiyası, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası, İslam Həmrəylik Fondunun illik hesabatları dinlənilib, növbəti illər üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

Toplantının yekun iclasında İslam İnkişaf Bankı Qrupunun Direktorlar Şurasının 35-ci illik toplantısının 2010-cu ilin iyunun 23-24-də Bakıda keçiriləcəyi elan olunub və Bankın Direktorlar Şurasına rəhbərlik Türkmənistandan Azərbaycana keçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR