Bank Of Baku

Asiya İnkişaf Bankının Azərbaycan üzrə icraçı direktoru Bakıya gəlib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə icraçı direktoru Bakıya gəlib
# 09 iyun 2009 08:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurasında təmsil olunan Azərbaycan üzrə icraçı direktoru Derek Ruken-Smitin (Derek Rooken-Smith) Bakıya səfəri başlayıb. Bu barədə «APA-Economics»ə AİB-in Bakı ofisindən məlumat verilib.

«D.Ruken-Smit Azərbaycanda iyunun 12-dək olacaq. Bu gün o, Maliyyə Nazirliyində və «Azərsu» Səhmdar Cəmiyyətində görüşlər keçirəcək. Daha sonra isə AİB rəsmisi Azərbaycanın bölgələrinə səfər edəcək», - deyə Bankın yerli ofisindən bildirilib.

D.Ruken-Smit hazırda AİB tərəfindən Azərbaycanda icra olunan bir sıra layihənin gedişi ilə tanış olacaq.

Xatırladaq ki, Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Hazırda AİB-in Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) çərçivəsində Azərbaycanda Yevlax-Gəncə və Qazax-Gürcüstan sərhədi avtomobil yollarının reabilitasiya və genişləndirilməsi, Dəmir Yolu Ticarəti və Daşımalara Dəstək layihələri, habelə «Şəhər su təchizatı və kanalizasiya Layihəsi», «Elektrik enerjisinin ötürülməsi sisteminin yaxşılaşdırılması Layihəsi», Gəncə dairəvi avtomobil yolunun tikintisini və digər layihələr maliyyələşdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR