Bank Of Baku

Azərbaycanda bankların maliyyə sektorundan cəlbetmələri azalıb

Azərbaycanda bankların maliyyə sektorundan cəlbetmələri azalıb
# 09 iyun 2009 08:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının maliyyə sektorundan cəlb etdiyi kredit və depozitlərin həcmi 2009-cu ilin may ayının 1-nə 3 040,24 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumatına görə, bu göstərici cari ilin əvvəlindən 225,13 mln. manat və ya 6,9% azalıb. Eyni zamanda, aprel ayında banklar maliyyə sektorundan cəlbetmələri 111,74 mln. manat və ya 3,8% artırıb.

Bankların aktivlərində əks olunmuş maliyyə sektoruna verilmiş kreditlər və depozitlərin həcmi isə ilin əvvəlindən 80,16 mln. manat və ya 19,3% artaraq mayın 1-nə 494,98 mln. manat təşkil edib. Beləliklə, banklar maliyyə sektoru ilə münasibətdə daha çox debitor qismində çıxış edir, çünki bankların maliyyə sektorundan cəlbetmələri yerləşdirməni 6,1 dəfə üstələyir.

Qeyd edək ki, maliyyə sektoruna verilmiş kredit və depozitlər bankların ümumi öhdəliklərinin 42%-ni təşkil edir, bu da çox yüksək göstəricidir. Maliyyə sektorunun banklarda olan vəsaitləri əksər hallarda tələb olunanadək depozitlər, cari hesablar, qısamüddətli kreditlər və, ən nəhayət, xarici maliyyə qurumlarının kredit xətlərini əks etdirir. Xarici kredit xətləri istisna olmaqla, bütün digər sadalanmış passivlər qısamüddətli və ya müddətsiz olduğundan likvidlik risklərini yüksəldir. Hazırda yaşanan dünya maliyyə böhranı və onun müxtəlif nəticələri isə xarici öhdəliklərin banklar üçün problemə çevrildiyini üzə çıxarıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR